• Dövlət qurumları
28
Oktyabr

28 Oktyabr

Prezident Administrasiyası

Məhərrəm Əliyev: Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır. Nəsillərdən bizə miras qalan ən ülvi hisslərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm...

28
Oktyabr

28 Oktyabr

Ombudsman

Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman

26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini ardıcıl şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasında və ondan uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və infrastruktur obyektlərini qadağan olunmuş silahlardan, əməliyyat-taktiki raket sistemlərindən, ağır artilleriyadan istifadə etməklə atəşə tutur.

Ermənistan...

28
Oktyabr

28 Oktyabr

Müdafiə Nazirliyi

Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

28
Oktyabr

28 Oktyabr

Xarici İşlər Nazirliyi

Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub

Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx...

28
Oktyabr

28 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri ağır artilleriya və raketlərdən atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Bu gün Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə...

28
Oktyabr

28 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Ermənistan tərəfi Azərbaycandan olan internet istifadəçilərinə həqiqətə uyğun olmayan məlumatlar göndərir

Ermənistan tərəfi sosial şəbəkələr, elektron poçt, “WhatsApp”, “Telegram” və digər kommunikasiya kanalları vasitəsilə Azərbaycandan olan internet istifadəçilərinə müxtəlif qurumların adından həqiqətə uyğun olmayan məlumatlar göndərilməklə “fişinq” hücumlara cəhdlər edilir. Məqsəd istifadəçiləri mesajda göndərilən zərərli keçidlərə yönləndirməklə cihazını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirmək, eyni zamanda təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Bununla əlaqədar ETX...

28
Oktyabr

28 Oktyabr

Baş Prokurorluq

Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslərin statistikası

Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2228 yaşayış evi yarasız hala düşüb.

28
Oktyabr

28 Oktyabr

ANAMA

Mütəxəssislər cəbhə bölgəsində əməliyyat-axtarış işlərini davam etdirirlər

2020-ci il oktyabrın 27-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən – 20 (iyirmi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 2 (iki) müraciət daxil olub.

Daxil olmuş 22 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl kəndi,...

28
Oktyabr

28 Oktyabr

Daxili İşlər Nazirliyi

Ermənistanın silahlı qüvvələri Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub. Nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi...