![](https://zefer.az/storage/uploads/items/riT8aMTVo041hmiOAkjb.jpg)
Zəfərin yolu
Oktyabrın 29-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Telefon söhbəti zamanı nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş Türkiyəyə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin xaincəsinə hədəfə...
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, bu il oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Bir gün əvvəl isə döyüş bölgəsində köməksiz buraxılıb...