Zəfərin yolu
Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Parlamentin İctimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk...
Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Parlamentin İctimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk dəfə seçilmiş...
Ombudsman Səbinə Əliyeva növbəti faktaraşdırıcı missiya həyata keçirmək, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib.
Monitorinq səfəri çərçivəsində Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş...
Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.
Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.
Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralananlar var.
Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Heiko Maas arasında telefon danışığı baş tutub.
Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Almaniya Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasından ciddi narahatlığını ifadə edib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov bölgədəki son gərginlik, xüsusən də Ermənistanın...
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.
Bu gün dünyanın ən qüdrətli orduları sırasında ön yerlərdə dayanan Azərbaycan...
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun...
Ermənistan ordusunun təxribatları nəticəsində cəbhə xəttində atəşkəsin pozulması baş verib. Sentyabrın 27-dən bu günədək döyüşlər davam edir. Döyüşlərin başlandığı gündən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bütün cəbhəboyu yaşayış məntəqələrində gecə və gündüz sürətli əməliyyatlar aparır.
Düşmən tərəfindən atılmış və partlamamış sursatların zərərsizləşdirilməsi və təmizlənməsi həyata keçirilir. Bundan başqa, əhali ilə maarifləndirici söhbətlər aparılır. Onları narahat edən sursat...