Zəfərin yolu
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib.
Aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə 1-ci binasında - “Lotte World Tower” göydələnində asılıb. Hündürlüyü 541...
Dövlət Bayrağı Günü və Şuşa şəhərinin düşməndən azad olunması münasibətlə Ankaradakı Heydər Əliyev Parkında izdihamlı aksiya keçirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkil etdiyi aksiyanın iştirakçıları dövlət bayraqlarımızı dalğalandıraraq Heydər Əliyev Parkına yürüş ediblər. Ulu Öndərimizin heykəli önünə əklil qoyulub, əziz xatirəsinə ehtiram göstərilib.
Aksiyada Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi, digər dövlət qurumlarının qardaş ölkədəki nümayəndələri, paytaxt ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Niderlandda fəaliyyət göstərən “Qarabağ Klubu” mərkəzində bu ölkədə yaşayan azərbaycanlılar qədim mədəniyyət mərkəzimiz, fəxarət mənbəyimiz olan Şuşa şəhərinin azad edilməsi münasibətilə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə tədbir keçiriblər.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK), Niderland və Belçika Koordinasiya Şurası, Azərbaycan Türk Kültür dərnəyi, bu ölkədə fəaliyyət göstərən assosiasiyalarımız və burada yaşayan diaspora fəallarımız belə əzəmətli və tarixi günü - Şuşanın azad...
Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının iştirakı ilə “Bir olaq, Qarabağa dəstək olaq!” adlı virtual görüş təşkil edib.
Komitədən bildirilib ki, 49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin “Bu gün Azərbaycanın hər bir...
Almaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçiriblər.
Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən dinc aksiyada həmvətənlilərimizlə yanaşı, qardaş Türkiyə və digər Azərbaycana dost xalqların nümayəndələri də iştirak ediblər.
Dinc aksiya Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilir. Bununla yanaşı, məqsəd həm də yerli KİV-lərin bu hadisələri obyektiv işıqlandırmağa çağırmaqdır.
Aksiya iştirakçıları Ermənistanı Azərbaycan ərazilərinin qanunsuz...
Üçrəngli bayrağımız bu günlərdə ölkəmizin hər yerini bəzəyir. Şəhərlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrimizdə bayraqsız bir küçə, bir məkan tapılmaz. Dərzilərimizin də bu işdə böyük rolu var. Barəsində bəhs edəcəyimiz Leyli Nağıyeva qızı ilə neçə gündür ki, gecə-gündüz bayraq tikib insanlara təmənnasız paylayır.
Tovuzun Qovlar şəhərində dərzi kimi çalışan bu ailə indiyə kimi bayraq tikməyib. Müharibə başlayan gündən isə...