04
Noyabr

4 Noyabr

Sosial media

Növbəti erməni vəhşiliyi: Qadağan olunmuş fosforlu bombalar

Müharibə dövründən sosial mediada ən çox paylaşılan foto və videolardan biri də Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə etməsi oldu.

Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamamışdı. Ərazidən iki ədəd ağ fosforlu top mərmisi aşkarlandı və 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor olub.

Fosforlu top mərmiləri partlayış yolu ilə yerində zərərsizləşdirilmişdi. Həmin görüntülər isə insanların sosial şəbəkələrdə növbəti erməni faşizmi və vandallığına etiraz edərək paylaşdığı foto və videolardan biri oldu.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.