28
Oktyabr

28 Oktyabr

Sosial media

Ermənistan ordusu Bərdəyə raket atdı

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutdu.

Müdafiə Nazirliyi ölən və xəsarət alanların olması, mülki infrastruktura ciddi ziyan dəyməsi barədə məlumat yaydı. Həmin gün sosial mediada ən çox paylaşılan foto və video şəhərin mərkəzinə atılan raketdən sonra yaranan faciəvi durumla bağlı idi.

İnsanlar dünyasını dəyişən vətəndaşların, dinc sakinlərimizin yaxınlarının acısını bölüşür, düşmənə nifrət hissini bir daha ifadə edirdilər. Bərdənin vurulması həmrəyliyimizi, yumruq kimi birləşməyimizi bir daha gücləndirdi, Ordumuz isə bu xain hücumun cavabını döyüş meydanında verdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.