13
Oktyabr

13 Oktyabr

“Əsgərə məktub” aksiyası İmişlidə

Oktyabrın 13-də İmişli rayonunda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İmişli regional “ASAN xidmət” mərkəzinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ASAN könüllüləri qəhrəman Vətən övladlarına ürək sözlərini ünvanlayıblar.

Həmçinin vətənpərvərlik mövzusunda müxtəlif mahnı və şeirlər səsləndirilib.

13
Oktyabr

13 Oktyabr

Yevlax gənclərindən təşəbbüs: sakinlərə bayraqlar paylanıb

Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri vətənpərvər təşəbbüslə çıxış ediblər.

Gənclər Yevlax şəhər sakinlərinə eyvanlarından asmaq üçün Azərbaycan və Türkiyə bayraqları paylayıblar. Təşəbbüs şəhərə daha vətənpərvər ab-hava qatıb və sakinlər tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.

13
Oktyabr

13 Oktyabr

İtaliyada Azərbaycana dəstək aksiyası keçirildi

İtaliyanın Milan şəhərində Ermənistanın işğalçı siyasətinə etiraz və müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Milan şəhərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Ermənistana inanmayın!”, “Ermənistanın təcavüzünə son qoyulsun!”, “Gəncə üçün dua edək” şüarlarının yazıldığı plakatlar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Assosiasiyasının...

13
Oktyabr

13 Oktyabr

Qusardan cəbhəyə sovqat göndərilir

Oktyabrın 13-də Qusardan sovqatla dolu növbəti avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.

Beş yük avtomobilindən ibarət karvanla döyüşçülərimiz üçün isti geyimlər, tibb və təmizlik ləvazimatları və başqa zəruri vasitələr göndərilib.

Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır.

“Xalqımız ordumuzun yanındadır. İnanırıq ki,...

13
Oktyabr

13 Oktyabr

Lənkəranlı məktəblilərdən orduya dəstək aksiyası

Bu gün Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza hər bir Azərbaycan vətəndaşı özünəməxsus şəkildə dəstək nümayiş etdirir. Kimi duası ilə, kimisi könüllü orduya yazılmaqla, kimisi də əsgərlərin ərzaq və digər ehtiyaclarını ödəmək üçün yardımlar etməklə.

Ölkəmizin cənub bölgəsinin sakinləri də orduya dəstək aksiyalarına qoşulublar. Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azərbaycan bayraqları ilə bəzədilmiş ərzaq dolu avtomobillər cəbhə bölgəsinə yola düşürlər.

Bu gün Azərbaycan ordusu...

13
Oktyabr

13 Oktyabr

Özbəkistanda və Qazaxıstanda tanınan iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təxribatları, bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu, işğal altında olan Cəbrayıl şəhərinin, bir çox kəndlərimizin, strateji yüksəkliklərin azad edilməsi Azərbaycanda və ölkəmizdən kənarda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaradıb.

Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, Azərbaycan torpaqlarının azad edilməsi uğrunda igidliklə döyüşən ordumuza dəstək məqsədilə Özbəkistanda və Qazaxıstanda tanınan iş adamı, soydaşımız Mehdi...

13
Oktyabr

13 Oktyabr

“Melissa Group” Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparır. Orduya dəstək məqsədilə yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna “Melissa” Şirkətlər Qrupu (“Melissa Group”, “Performance Center” və “Collezione Italia”) tərəfindən 100 min manat məbləğində dəstək göstərilib.

Şirkətdən bildiriblər ki, ianədən əlavə “Melissa Group” vətənpərvərlik ruhunun yüksəldilməsi və hər kəsin mənəvi borcunu yerinə yetirməsi üçün “Evimizə dönürük” sosial...