Zəfərin yolu
İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğalçılardan təmizləməsini əks etdirən xeyli sayda foto və videogörüntülər yayıldı. Sosial şəbəkələrdə fəxarətlə paylaşılan və hərbçilərimizin uğurunu əks etdirən əsas fotolardan biri də ermənilərin briqadasının məhv olduğunu sübut edən döyüş bayrağı şəkili oldu. Əsgərimizin düşmənin döyüş bayrağını ələ keçirməsi erməni ordusunun vacib hərbi rəmzlərini belə qoyub qaçmaqlarından xəbər verirdi.
Yayılan görüntülərdə ermənilərin "qəhrəman"ı...
Sosial mediada ən çox paylaşılan fotolardan biri də Vətən müharibəsinin ilk şəhid həkimi olan Turqut Xəlilbəyli oldu. Hər kəs tibb xidməti leytenantı olan Turqutun qəhrəmanlığını, yaralılar üçün fədakar davranışlarını qeyd edir, şəhidimizi yad edərək onun haqqında informasiyalar paylaşırdı.
Xatırladaq ki, Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Onunla bağlı fotolar və məlumatlar isə sonrakı günlərdə ən çox müzakirə olunan mövzulardan...