Zəfərin yolu
Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews”un çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib: “Ermənistanın bu hücumunu azad...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə çıxış edib.
"Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam edir. Bu, onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil."
Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir.
Bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Al Jazeera” televiziya kanalının xəbərlər proqramının birbaşa efirində deyib.
Ermənistanın növbəti, üçüncü dəfə Vaşinqtonda görüşlər nəticəsində elan edilən humanitar atəşkəs rejimini kobud şəkildə pozduğunu xəbər verən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi Yerevanın bu dəfə öz üzərinə götürdüyü öhdəliyi yerinə...