
Zəfərin yolu
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti yeni humanitar atəşkəs rejimini pozan Ermənistanın Azərbaycan Respublikasının bərpa edilmiş dövlət sərhədləri istiqamətində təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıb.
Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa...
Ötən müddət ərzində humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, o cümlədən Zəngilan rayonunun Ağbənd kəndi istiqamətindəki ərazilərimizi müxtəlif silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 27-də Hərbi İnformasiya Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq...
Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli...