28
Oktyabr

28 Oktyabr

Ermənilərin öldürdüyü və yaraladığı mülki şəxslərin statistikası

Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2228 yaşayış evi yarasız hala düşüb.

28
Oktyabr

28 Oktyabr

Bərdə şəhərində həlak olanların sayı 21-ə çatdı

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, təcavüzkar erməni...

28
Oktyabr

28 Oktyabr

Azərbaycan Respublikası Baş Prokurorluğunun BƏYANATI

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq,...