Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Ermənistan tərəfi Azərbaycandan olan internet istifadəçilərinə həqiqətə uyğun olmayan məlumatlar göndərir
Ermənistan tərəfi sosial şəbəkələr, elektron poçt, “WhatsApp”, “Telegram” və digər kommunikasiya kanalları vasitəsilə Azərbaycandan olan internet istifadəçilərinə müxtəlif qurumların adından həqiqətə uyğun olmayan məlumatlar göndərilməklə “fişinq” hücumlara cəhdlər edilir. Məqsəd istifadəçiləri mesajda göndərilən zərərli keçidlərə yönləndirməklə cihazını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirmək, eyni zamanda təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Bununla əlaqədar ETX tərəfindən xəbərdarlıq hazırlanmış, qurumun rəsmi internet informasiya ehtiyatında, eləcə də sosial şəbəkə hesablarında yayımlanmışdır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.