22
Oktyabr

22 Oktyabr

Milli Məclis

Beynəlxalq təşkilatlardan Milli Məclisə Ermənistan silahlı qüvvələrinin təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyassın Milli Məclisin Sədrinə göndərdiyi məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturun, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, o cümlədən Gəncə şəhərinə raket zərbələrinin endirilməsi pislənilib.

Məktubda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı tərəfindən keçirilən müxtəlif konfranslarda qəbul olunan qətnamələrdə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dəstək verilməsi bir daha təsdiqlənib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxsaylı mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən təcavüzü bir daha kəskin şəkildə qınanılıb.  

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.