Zəfərin yolu
Oktyabrın 22-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, brifinqdə Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin (MSN) birlik və müəssisələri Azərbaycan Ordusunu silah-sursatla fasiləsiz iş rejimində təmin edir.
Nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə...
Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.
Düşmənin 543-cü alayının ehtiyat bölmələrinin hərbi qulluqçularının Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinlərinin cəlb edildiyi məlum olub. Eyni zamanda, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və...
Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonundakı və digər ərazilərdəki müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan, toplardan və reaktiv artilleriya sistemlərindən atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 22-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat...