Zəfərin yolu
Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Bununla bağlı açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:
“Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb....
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə bağlı “Al Arabiya” kanalına müsahibə verib.
Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Yaxın Şərq ölkələrindəki muzdlu və hərbçiləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına cəlb etməsi, terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və Azərbaycan dövlətinin özünün suveren ərazisini...