Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
“Azərpoçt” MMC Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilməklə ordumuza və dövlətimizə dəstək kampaniyasına başlanılıb.
İanələrin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin bütün poçt şöbələri ilə yanaşı, "Şəbəkə" xidmət mərkəzlərində də həyata keçirilir.
Qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb.
Qeyd edək ki, bu ödənişlərin ləğv imkanı yoxdur.
İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.