
Zəfərin yolu
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3064-dür.
Noyabrın 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə mövcüd şəraitdə prokurorluq orqanlarının, o cümlədən işğaldan azad edilmiş rayonların prokurorluqlarının fəaliyyətinin gücləndirilməsi, prokurorluq orqanlarında başlanmış və istintaq aparılan cinayət işlərinə və işin təşkilinə dair digər məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclasdan öncə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, döyüşlərdə yaralananlara və xəsarət...