Fövqəladə Hallar Nazirliyi
FHN-in yanğınsöndürmə qüvvələri işğaldan azad olunmuş ərazilərdə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirib
Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb. Yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.
Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.