05
Noyabr

5 Noyabr

ANAMA

Ermənistan ordusu Goranboyun kəndinə “Smerç” raketi atıb

Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəf alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.

Düşmənin Goranboy rayonunun Meşəli kəndinə atdığı "Smerç" raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Raketdən ayrılan iki ədəd bombacıq partlamayıb.

Bu, Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutmasına daha bir sübutdur.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Bəhruz Namazov deyib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Əraziyə baxış keçirilən zaman aşkarlanan iki ədəd bombacıq “Smerç” tipli raketdən düşüb. Xoşbəxtlikdən həmin bombacıqlar boş əraziyə düşdüyündən xəsarət alan olmayıb. Bu bombacıqlar qadağan olunmuş silahlardandır.

Hazırda ərazidə yerüstü baxış davam edir. Yeni bombacıqlar aşkarlanarsa, onlar da zərərsizləşdiriləcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.