05
Noyabr

5 Noyabr

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

05
Noyabr

5 Noyabr

Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur

Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.

05
Noyabr

5 Noyabr

Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntüləri

Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.

05
Noyabr

5 Noyabr

Anar Eyvazov: Azərbaycan Ordusu yaşayış məntəqələrini atəşə tutmur, yalnız legitim hərbi hədəfləri məhv edir

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində və cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 5-də Hərbi...