19
Oktyabr

19 Oktyabr

Hüseyn Mahmudov: Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təxribatlara başlayıb. Azərbaycan Ordusu vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq normaları çərçivəsində əks-həmlə əməliyyatı həyata keçirir. Düşmən humanitar atəşkəsdən toparlanmaq və işğaldan azad edilən əraziləri yenidən nəzarətə almaq üçün istifadə etməyə çalışır. İkinci dəfə əldə olunan humanitar razılaşmadan sonra - oktyabrın 18-i gecə saatlarından başlayaraq Ermənistan tərəfi Cəbrayıl, Hadrut və digər...

19
Oktyabr

19 Oktyabr

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərini yalnız bu qurumun rəsmi məlumatlarına istinad etməyə çağırıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətinin müraciətində qeyd edilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

Bütün bunları...

19
Oktyabr

19 Oktyabr

Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat və təşviqat işləri davam edir

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyinin Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müraciətləri, təbrikləri eləcə də ordumuzun uğurları barədə məlumatlar operativ şəkildə döyüşlərdə iştirak edən şəxsi heyətə çatdırılır. Cəbhədə rəşadət göstərən...

19
Oktyabr

19 Oktyabr

Ermənistan silahlı qüvvələri dövlət sərhədində mövqelərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ilə dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.


19
Oktyabr

19 Oktyabr

Göygöldə mövqelərimiz atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərimizi atəşə tutmaqda davam edir.

Düşmən oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı atıcı silahlardan atəşə tutur.