05
Oktyabr

5 Oktyabr

ABŞ Dövlət Katibinin müavini Ermənistanın Azərbaycanın mülki obyektlərini raket atəşinə tutduğu barədə məlumatlandırılıb

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verib. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan...

05
Oktyabr

5 Oktyabr

Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub

Oktyabrın 5-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci...

05
Oktyabr

5 Oktyabr

Finlandiyanın Xarici İşlər naziri Ermənistanın azərbaycanlı mülki şəxsləri məqsədyönlü atəşə tutması barədə məlumatlandırılıb

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Finlandiya Xarici İşlər naziri Pekka Haavisto arasında telefon danışığı olub.

Nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov, həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən...

05
Oktyabr

5 Oktyabr

Azərbaycan və Fransa Xarici İşlər nazirləri bölgədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar

Oktyabrın 5-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

Telefon danışığı zamanı tərəflər arasında bölgədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Fransanın Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. O, Minsk qrupunun həmsədr ölkələri vasitəsilə məsləhətləşmələrin...

05
Oktyabr

5 Oktyabr

Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumları münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdür

Azərbaycan Respublikasına qarşı yeni təcavüzü çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır. 

Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb. 

Azərbaycanın ikinci...

05
Oktyabr

5 Oktyabr

Ermənistan tərəfindən xarici terrorçu qüvvələr və muzdlular Azərbaycana qarşı geniş şəkildə istifadə olunur

Son hadisələr çərçivəsində Ermənistan tərəfindən xarici terrorçu qüvvələr və muzdlular geniş şəkildə Azərbaycana qarşı istifadə olunur. Açıq mənbələrdə yer alan xəbərlərə görə, Yaxın Şərq bölgəsindən, xüsusən Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir.

Ermənistan...

05
Oktyabr

5 Oktyabr

Azərbaycan Ordusunun həyata keçirəcəyi bütün əks-həmlələrin doğuracağı nəticələrə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir

Bu gün Azərbaycan Silahlı Qüvvələri öz suveren torpaqlarında mülki əhalini müdafiə etmək üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün legitim hərbi mübarizə aparır. Bu xüsusda, biz Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq işğalçı qüvvələrini...

05
Oktyabr

5 Oktyabr

Ermənistan Cenevrə Konvensiyasını kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu hədəfə alır 

Sentyabrın 27-dən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır.

Sentyabrın 27-dən indiyədək ermənilərin atəşi nəticəsində 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb. Ermənistan tərəfi ənənəvi şəkildə...

05
Oktyabr

5 Oktyabr

Ermənistanın şəhərlərimizə raket atəşləri ilə bağlı toplanmış faktlar beynəlxalq təşkilatlara göndəriləcək

Ermənistanın Azərbaycan şəhərlərinə raket atəşləri ilə bağlı toplanmış faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.

Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb. Əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış...

05
Oktyabr

5 Oktyabr

Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək yüksək qiymətləndirilib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı olub.

Nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlığını ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib.

Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan İslam Respublikasının...