05
Oktyabr

5 Oktyabr

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində törədilən dağıntılara və insan tələfatına dair hesabat hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və ölkəmizdəki diplomatik nümayəndəliklərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair hesabat təqdim edib.

Hesabat 2020-ci il sentyabrın 27-dən oktyabrın 1-dək olan dövrü əhatə edir...

05
Oktyabr

5 Oktyabr

Beynəlxalq təşkilatlara Ermənistanın hüquq pozuntularına dair bəyanatlar göndərilib

Sentyabrın 27-dən başlayaraq özünün işğalçılıq siyasətini davam etdirən və müharibə cinayətləri törədən Ermənistan azərbaycanlı əhalinin məskunlaşdığı yerlərə ağır artilleriyadan atəş açaraq bir çox insanın həyatına qəsd edib, bəzilərini yaralayıb. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn normaları kobud şəkildə pozularaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və sosial obyektlər ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə...

05
Oktyabr

5 Oktyabr

Ombudsman Ermənistan tərəfindən Mingəçevirin raket atəşinə tutulması ilə bağlı bəyanat verib

Beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırırıq ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir. 

Belə ki, təcavüzkar siyasətindən və işğalçı əməllərindən hələ də əl çəkməyən...