20
Oktyabr

20 Oktyabr

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 61 nəfər həlak olub, 291 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 61 nəfər həlak olub, 291 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya...

20
Oktyabr

20 Oktyabr

Erməni silahlı qüvvələri Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak olub və 1 nəfər yaralanıb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri...

20
Oktyabr

20 Oktyabr

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının videokonfrans formatında 18-ci iclası keçirilib

Oktyabrın 20-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası baş tutub.

15 dövlətin baş prokurorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Baş prokuror tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və...