Zəfərin yolu
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində çoxmənzilli yaşayış binasının dağıldığı ərazidə olublar.
Prezidentin köməkçisi Hikmət Hacıyev yerli və xarici KİV-lərin nümayəndələrinin suallarını cavablandırarkən düşmənin humanitar atəşkəs...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə keçirilən brifinqdə çıxış edib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir. biz ermənilərin bu addımını terror aktı kimi qiymətləndiririk. Onlar döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi...
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə onlara Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı ətraflı məlumat verib.
Azərbaycan Prezidentinin köməkçisi əhalinin sıx yaşadığı bir əraziyə raket hücumunun həyata...
Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur.
Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən brifinqdə bildirib.
Elçin Əmirbəyov deyib: “Əgər beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik. Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər. İlk növbədə, beynəlxalq təşkilatlar bu hücumları qınamalı,...
Bunu Fransanın “L’Opinion” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi səfir Elçin Əmirbəyov bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, cümə günü Moskvada imzalanan humanitar atəşkəs razılaşmasından sonra da vəziyyət dəyişməz olaraq qalır: “Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir. Üstəlik, bazar gününə keçən gecə daha intensiv hal alıb. Ermənistandan atılan ballistik raketlər Azərbaycanın ikinci ən böyük...
Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Amma Ermənistan hətta mülki əhaliyə qarşı hücumlarını davam etdirir.
Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə söyləyib.
Elçin Əmirbəyov qeyd edib ki, Ermənistanın ötən gecə...