Zəfərin yolu
Ermənistan silahlı qüvvələrinin regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə endirdiyi raket zərbəsi “Smerç” reaktiv yaylım atəşi sistemindən həyata keçirilib.
“Smerç” tipli raketin tərkibində olan 300 bombacıq ətrafa səpələnib. Həmin bombacıqlardan 2-si düşərkən partlayıb. Bombacıqlardan 242-si ANAMA tərəfindən daşınıb. Ərazidə qalan 56 ədəd bombacığın daşınması təhlükəli...
2020-ci il oktyabrın 4-8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Goranboy rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (Smerç) aşkarlanıb.
Həmin raketlərdən üçünün içərisindən 9M525 bombacıqları aşkarlanıb. Bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir. Həmçinin ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı...
2020-ci il oktyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Füzuli rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 122 millimetrlik tüstülü top mərmisi (D-4) aşkarlanıb.
Mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var. Bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə...
2020-ci il oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Bərdə şəhərini və rayonun kəndlərini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutub. Bərdə rayonunun Qasımbəyli kəndinə atılan raketin təsirindən dərinliyi 10 metrə çatan çuxur yaranıb. Bundan başqa, raketin təsirindən torpaq hissələrinin geniş əraziyə yayıldığı görünür.