Zəfərin yolu
Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun “Smerç” reaktiv yaylım atəşi sistemindən atdığı raket Goranboy rayonu ərazisinə düşüb.
Düşmən tərəfindən Goranboy rayonu ərazisinə “Smerç” sistemindən atılmış raket başlığının partlaması nəticəsində onun içərisində olan bombletlər 200 metr radiusda səpələnib. Hazırda ANAMA ərazidə təmizləmə əməliyyatları aparır. Əməliyyatlar çətin və mürəkkəb şəraitdə aparılır və gərgin iş tələb edir. Bu bombalar silahlar arasında ən təhlükəli olanlardandır.
2020-ci il oktyabrın 6-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub. Daxil olmuş 25 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hindarx qəsəbəsi və Qaraxanlı...