11
October

11 Oktyabr

Çin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, oktyabrın 11-də gecə vaxtı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması barədə xəbərlər yayıb.

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində və rəsmi “Jenmin Jibao” qəzetinin tərkibində fəaliyyət göstərən “Haiwai” portalında yerləşdirilən xəbərlərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə istinadla hadisənin detalları əksini tapıb. Qeyd olunub ki, raketin...

11
October

11 Oktyabr

Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini, dinc əhalini atəşə tutması barədə məlumatlar yayır.

Türkiyə KİV-ləri bildirir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.

Məlumatları Anadolu, İHA, DHA...

11
October

11 Oktyabr

Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqət mərkəzindədir.

“BBC Arabic”, “Skynews Arabic”, “Aljazeera” kimi nüfuzlu televiziya kanallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında geniş reportajlar yayımlayıblar.

Ermənistanın növbəti terror aktı barədə xəbər Misirin “Egyptonline” informasiya portalında da yerləşdirilib. Qeyd olunub ki, humanitar atəşkəs elan edildikdən cəmi 14 saat sonra işğalçı Ermənistanın azərbaycanlı dinc sakinləri...

11
October

11 Oktyabr

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

Məqalədə Azərbaycanın rəsmi qurumlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə mülki insanlar həlak olub.

“Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın...

11
October

11 Oktyabr

Ukraynanın nüfuzlu KİV-ləri Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalələr dərc edib.

“UNİAN”, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentliklərində, “QORDON” nəşrində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

11
October

11 Oktyabr

Qırğızıstanın “turktoday.info” portalı Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncəni raket atəşinə tutması barədə rus dilində material və bununla bağlı fotolar yerləşdirib.

Materiallarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması, yenidən dinc sakinləri hədəfə alması, işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onların Əlavə Protokollarını, həmçinin Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozması haqqında məlumat verilib.

Gecə saatlarında erməni...

11
October

11 Oktyabr

Gürcüstanın nüfuzlu “report.ge”, “interpressnews.ge”, “24news.ge”, “aktual.ge” informasiya portalları, eləcə də bir neçə televiziya kanalı Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan dinc əhalisini, Mingəçevir və Gəncə şəhərlərini raket və top atəşinə tutmasından yazır.

Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini...

11
October

11 Oktyabr

Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması Misirin aparıcı KİV-lərinin diqqət mərkəzindədir.

Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə bu ölkənin “Egyptonline”, “Alwasela”, “Rayetmisr”, “Alkhabralmasry”, “Cairo24”, “Alhwar”, “Elhayaanews” informasiya portallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və 7 dinc sakinin həlak olması, 33 nəfərin yaralanması haqqında məlumatlar operativ şəkildə yayılıb. Xəbərlərdə qeyd olunub ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı...

11
October

11 Oktyabr

“Berliner Press” nəşri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinin yaşayış məhəllələrini atəşə tutulmasından yazıb.

Ermənistanın bu müharibə cinayətini Moskvada, Smolensk meydanının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN başçılarının atəşkəs haqda saziş imzalamasından dərhal sonra törətməsi barədə məlumat dünya ictimaiyyətinə çatdırılıb.

Materialda hadisənin baş verdiyi yerdən çəkilmiş fotolar da yer alıb.

11
October

11 Oktyabr

Rumıniyanın aparıcı “Amosnews” xəbər agentliyi və “News24hours” xəbər portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalələr dərc edib.

Məqalələrdə oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb. Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin...

11
October

11 Oktyabr

İndoneziyanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və cəbhə xəttinə yaxınlıqda yerləşən digər şəhərlərdəki evləri gecə saatlarında raket atəşinə tutması barədə məlumatlar yayıb.

ANTARA Dövlət İnformasiya Agentliyinin və nüfuzlu “Republika” portalının yaydığı məlumatlarda oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan ordusunun Gəncə şəhərindəki çoxmənzilli binaya raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Bununla yanaşı,...

11
October

11 Oktyabr

İspaniyanın qocaman “La Vanguardia” qəzetində “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum nəticəsində azı 7 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib.

İspan nəşri Azərbaycan Prezidenti Administrasiyasına istinad edərək, hər iki tərəfin atəşkəs rejimi barədə saziş imzalamasına baxmayaraq, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində azı 7 nəfərin həlak olduğu barədə yazır.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici...

11
October

11 Oktyabr

Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket hücumu nəticəsində həlak olanlar və yaralananlar var.

Bu barədə Yaponiyanın nüfuzlu JIJIP RESS agentliyi məlumat yayıb. Məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadla bildirilir ki, hücum nəticəsində 10 nəfər ölüb, daha 33 nəfər yaralanıb.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionuna görə davam edən hərbi əməliyyatlarda əldə edilən razılaşma əsasında oktyabrın 10-dan atəşkəs rejimi tətbiq olunsa da bunun tezliklə ləğvinin gözlənildiyi...

11
October

11 Oktyabr

Moldovanın nüfuzlu “Tribuna” portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalə dərc edib.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Gəncə və Mingəçevir şəhərlərinin Ermənistan tərəfindən vurulmasına dair fikirləri yer alıb.

Məqalədə Hikmət Hacıyevdən sitatlar gətirilərək vurğulanır ki, Ermənistan humanitar yardım çərçivəsində yeni...

11
October

11 Oktyabr

Böyük Britaniyanın “The London Post” portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalə dərc edib.

Məqalədə hücum nəticəsində on dinc sakinin həyatını itirdiyi,34 nəfərin isə yaralandığı qeyd olunub.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin aşağıdakı fikirləri Britaniya oxucularına təqdim olunub:...

11
October

11 Oktyabr

Ermənistan ordusunun raket hücumu nəticəsində Azərbaycanda 9 mülki şəxs həyatını itirib, 34 nəfər isə yaralanıb.

Bu barədə Sidney şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türk Dostluğu Cəmiyyətinin veb-saytında məlumat verilib.

Bildirilir ki, tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da saat 12-dən etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan ordusu döyüş bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə raketlə hücum edib.

Yazıda Azərbaycanın qədim şəhərlərindən biri kimi turizm mərkəzi olduğu...

11
October

11 Oktyabr

Avropa Xəbər Agentliyi xüsusi müxbiri Karlo Marinonun Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məlumatını yerləşdirib.

Jurnalist Avropa ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 9 dinc sakinin həlak olması, 34 nəfərin yaralanması, həmçinin çoxsaylı yaşayış binalarına və müxtəlif təyinatlı obyektlərə ziyan dəyməsi ilə bağlı məlumatlandırıb. Qeyd olunub ki, döyüş...

11
October

11 Oktyabr

Ermənistan ordusunun bir gün əvvəl elan edilmiş humanitar atəşkəsi pozaraq Azərbaycanın Gəncə şəhərinə raket hücumu etməsi nəticəsində azı 9 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.

Bu barədə Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Türkiyənin Anadolu agentliyinə istinadla məlumat yayıb. Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə şəhərinə Ermənistan ordusunun gecə saat 2:00 radələrində raket hücumu barədə məlumatı öz “Twitter” səhifəsində yerləşdirib....

11
October

11 Oktyabr

Qırğızıstanın “goldenbridgenews.com” saytı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər yayıb.

yayılan materiallarda Ermənistanın humanitar atəşkəs rejimini elə imzalandığı gün pozaraq Gəncəni raket atəşinə tutması, nəticədə 9 mülki şəxsin həlak olduğu, 34 nəfərin yaralandığı barədə məlumat verilib. Həmçinin hadisə yerindən çəkilən fotolar da təqdim edilib.

Portal, həmçinin Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da yayıb.

Qeyd edək ki, “goldenbridgenews.com” saytı Azərbaycan Prezidenti...

11
October

11 Oktyabr

Ermənistanın Gəncə şəhərindəki yaşayış binalarına ballistik raketlə zərbə endirməsi hadisəsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yer alıb.

Təcavüzkar dövlətin dinc əhalini hədəf alması nəticəsində 9 mülki şəxsin ölümünə, 34 nəfərin yaralanmasına və böyük miqyasda dağıntıya səbəb olub. Yazıda qeyd olunub: “Bütün bu cinayətlərə görə, Ermənistan dövlətinin məsuliyyət daşıdığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın buna qarşılıq verəcəyini bildirib”.

11
October

11 Oktyabr

İtaliya Senatında “İrəli İtaliya” partiyası siyasi qrupunun sədr müavini, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozması və çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş Azərbaycanın müxtəlif yaşayış məntəqələrini raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatla çıxış edib.

Beynəlxalq diplomatiyanın ən qısa zamanda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müdaxilə etməli olduğunu deyən...

11
October

11 Oktyabr

Özbəkistanın “Interpress.uz”, “fikr.uz”,”human.uz” və “interfax.uz” portalları Ermənistanın humanitar atəşkəs rejimini pozması və Gəncəni raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.

“Interpress.uz” portalı oktyabrın 11-i 02:00-da humanitar atəşkəsi pozan Ermənistanın qədim Gəncə şəhərini raket atəşinə tutması nəticədə yaşayış binasının tam dağılması, adamların dağıntılar altında qalması haqqında məlumat verir. Yazıda bildirilir ki, atəş nəticəsində əvvəl 5 dinc sakin ölüb. Sonra Ermənistandan buraxılan raket atəşləri 9 adamın həyatına son...

11
October

11 Oktyabr

Tacikistanın “avesta.tj” portalında Ermənistan tərəfindən Azərbaycanın qədim Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı rus dilində məqalə yerləşdirilib.

Məqalədə Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərində mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutmasının 1949-cu il Cenevrə Konvensiyasına zidd olduğu bildirilir. Qeyd olunur ki, humanitar atəşkəs rejiminin tətbiqindən sonra Ermənistan Azərbaycanın şəhər və kəndlərinə 500-dən çox mərmi atıb.

Portal, həmçinin Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən...

11
October

11 Oktyabr

İspaniyanın böyük oxucu kütləsinə malik “LA RAZÓN” qəzetinin elektron versiyasında Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun “Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığı...

11
October

11 Oktyabr

Norveçin “Utrop” qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun və xüsusi müxbiriRauf Əliyevin həmmüəllifləri olduqları məqalədə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tarixindən, problemin həlli istiqamətində atılmış addımlardan, Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərqərar olması uğrunda apardığı mübarizədən ətraflı bəhs edilib.

Məqalədə erməni millətçilərinin tarixən azərbaycanlılara qarşı etnik zəmində törətdikləri soyqırımı faktları barədə məlumat verilir, bu hadisələrin kökündə ərazi iddialarının dayandığı...

11
October

11 Oktyabr

Almaniyanın “Deutschelandfunk.de” nəşrində “Atəşkəs dövründə Azərbaycanda yaşayış ərazisinin bombardman edilməsi” sərlövhəli material dərc olunub.

Materialda Ermənistan silahlı qüvvələrinin atəşkəs saatlarında Gəncə şəhərinə qarşı hücumundan danışılır. Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun öz “Twitter” səhifəsində yuxuda olan Gəncə şəhərinin hücuma məruz qalması barədə dünyaya verdiyi xəbərə istinad edir. Erməni silahlı qüvvələri tərəfindən yaşayış ərazisinə gecə hücumu nəticəsində 9 nəfər həlak olub və 30-dan artıq insan yaralanıb. Nəşrdə...

11
October

11 Oktyabr

Ermənistan və Azərbaycan tərəfləri arasında Moskvada əldə edilən sazişə baxmayaraq, Ermənistan atəşkəs rejimini pozaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlər atıb, nəticədə yaşayış evləri dağılıb.

Tanınmış israilli jurnalist Neta Barın İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Dağlıq Qarabağda atəşkəs rejimi pozulub” sərlövhəli məqaləsi bu barədədir.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət...

11
October

11 Oktyabr

Almaniyanın “Wochenblatt” nəşri daha əvvəl atəşkəs rejimi əldə olunmasına baxmayaraq, gecə saatlarında Gəncə şəhərinin atəşə tutulması barədə yazır.

Məqalədə Gəncə şəhərinin dinc sakinlərinin həlak olmasından danışılır. Nəşr Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış ərazilərinə bazar günü erməni hərbçilərinin endirdiyi zərbələr nəticəsində uşaqların, qadınların həlak olması, 30-dan artıq insanın yaralanması barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsindəki...

11
October

11 Oktyabr

Almaniyanın daha bir nəşri - “WAZ” Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən gecənin bir aləmində barbarcasına atəşə tutulması barədə öz oxucularını məlumatlandırıb

Materialda gəncəlilərin yuxuda ikən raket zərbələrinə məruz qalmaları barədə danışılır. Ölənlər və yaralananların sayı haqqında məlumat təqdim ediləndən sonra bir fakt da qeyd olunur ki, hücum tərəflərin atəşkəs barədə Moskvada əldə etdikləri razılaşmaya riayət olunması nəzərdə tutulan saatlarda törədilib.

11
October

11 Oktyabr

Çilinin “Infogate” xəbər agentliyində “Azərbaycan XİN Ermənistanın Ağdam və Tərtər rayonlarına atəşkəs şəraitində hücumlarını pisləyib” sərlövhəli məqalə dərc edilib.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq Moskvada əldə edilmiş humanitar atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı ciddi şəkildə pozmaqda davam edir. Qeyd olunur ki, Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə tutulmuş, bir neçə...

11
October

11 Oktyabr

Türkiyənin kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin oktyabrın 10-da Rusiyanın RBK televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlərinə, həmçinin Ermənistan ordusunun Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının ballistik raketlə vurulmasına, eləcə də cəbhədəki vəziyyətə dair məlumatları geniş şəkildə yaymaqda davam edir. Anadolu agentliyi və TRT-nin bütün qurumları Azərbaycanla bağlı mövzunu əsas məsələ kimi gündəmdə saxlayır.

Qardaş ölkə KİV-ləri döyüş meydanında aldığı məğlubiyyətlə barışmayan düşmən ordusunun azğınlıq edərək günahsız insanları hədəfə aldığı diqqətə...

11
October

11 Oktyabr

Kim haqlıdır, kim səhvdir? Şənbə günü çətinliklə imzalanan atəşkəsdən sonra eşidilən mərmi səsləri belə bir sual doğurur : “Atəşkəsi əvvəl kim pozdu?”. Təcavüzkar kimdir, qurban kimdir? Qurbanları tanıyırıq: evlərini, yaxınlarını və ya həyatını itirənlər. Həmişəki kimi, məsum insanlar. Ancaq ictimaiyyət günahkarın müəyyən edilməsini istəyir və media buna cavab vermək üçündür. Faktlar olduğu kimi verilmir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər olduğu kimi təqdim olunmur.

Xarici mediada bu hadisələr geniş...