11
October

11 Oktyabr

Xarici media

Gürcüstanın nüfuzlu “report.ge”, “interpressnews.ge”, “24news.ge”, “aktual.ge” informasiya portalları, eləcə də bir neçə televiziya kanalı Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan dinc əhalisini, Mingəçevir və Gəncə şəhərlərini raket və top atəşinə tutmasından yazır.

Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan materiallarda Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriya və raket atəşinə tutmaqda davam etdiyi bildirilib. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin atəşə tutulması nəticəsində 9 mülki şəxsin həlak olması, 30-dan şəxsin yaralanması, evlərin, mülki və inzibati obyektlərin dağıdılması diqqətə çatdırılıb.

Eyni zamanda, gürcü mətbuatı Ermənistan silahlı birləşmələrinin cəbhənin müxtəlif istiqamətlərində hücuma keçmək istədiyi, Azərbaycan Ordusunun buna imkan vermədiyi, ermənilərin çoxlu sayda texnika və canlı qüvvəsinin məhv edildiyi barədə oxuculara məlumatlar çatdırıb.

Bundan başqa, mətbuat mülki təyyarələrlə Ermənistana humanitar yük adı altında silah-sursat daşınması barədə də məlumatlar yayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.