11
October

11 Oktyabr

Xarici media

Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib.

Məqalədə Azərbaycanın rəsmi qurumlarına istinadla qeyd olunur ki, Dağlıq Qarabağda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, bazar günü, oktyabrın 10-dan 11-nə keçən gecə erməni hərbi birləşmələri Gəncə şəhərini atəşə tutub və nəticədə mülki insanlar həlak olub.

“Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub”, - deyə paylaşdığı statusa istinad edib.

Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini bildirib. Qeyd edib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.