11
October

11 Oktyabr

Xarici media

Qırğızıstanın “goldenbridgenews.com” saytı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər yayıb.

yayılan materiallarda Ermənistanın humanitar atəşkəs rejimini elə imzalandığı gün pozaraq Gəncəni raket atəşinə tutması, nəticədə 9 mülki şəxsin həlak olduğu, 34 nəfərin yaralandığı barədə məlumat verilib. Həmçinin hadisə yerindən çəkilən fotolar da təqdim edilib.

Portal, həmçinin Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da yayıb.

Qeyd edək ki, “goldenbridgenews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “CNN International” və “Sky News” telekanallarına müsahibələrinin tam mətnini dərc edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.