11
October

11 Oktyabr

Xarici media

Almaniyanın daha bir nəşri - “WAZ” Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən gecənin bir aləmində barbarcasına atəşə tutulması barədə öz oxucularını məlumatlandırıb

Materialda gəncəlilərin yuxuda ikən raket zərbələrinə məruz qalmaları barədə danışılır. Ölənlər və yaralananların sayı haqqında məlumat təqdim ediləndən sonra bir fakt da qeyd olunur ki, hücum tərəflərin atəşkəs barədə Moskvada əldə etdikləri razılaşmaya riayət olunması nəzərdə tutulan saatlarda törədilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.