11
October

11 Oktyabr

Xarici media

Moldovanın nüfuzlu “Tribuna” portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalə dərc edib.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Gəncə və Mingəçevir şəhərlərinin Ermənistan tərəfindən vurulmasına dair fikirləri yer alıb.

Məqalədə Hikmət Hacıyevdən sitatlar gətirilərək vurğulanır ki, Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın.

Hikmət Hacıyevin aşağıdakı fikirləri də Ukrayna oxucularına təqdim olunub:

“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır. Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən alçaqcasına mülki şəxslərə qarşı terror aktı törədir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.