11
October

11 Oktyabr

Xarici media

Avropa Xəbər Agentliyi xüsusi müxbiri Karlo Marinonun Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məlumatını yerləşdirib.

Jurnalist Avropa ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 9 dinc sakinin həlak olması, 34 nəfərin yaralanması, həmçinin çoxsaylı yaşayış binalarına və müxtəlif təyinatlı obyektlərə ziyan dəyməsi ilə bağlı məlumatlandırıb. Qeyd olunub ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı qüvvələri mülki obyektləri və dinc əhalini hədəfə alır, bununla da atəşkəs rejimini kobud şəkildə pozur.

Qeyd edək ki, müəllif Roma Papası Fransiskin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü barədə fikirlərinə də yer verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.