Xarici media
Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket hücumu nəticəsində həlak olanlar və yaralananlar var.
Bu barədə Yaponiyanın nüfuzlu JIJIP RESS agentliyi məlumat yayıb. Məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadla bildirilir ki, hücum nəticəsində 10 nəfər ölüb, daha 33 nəfər yaralanıb.
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionuna görə davam edən hərbi əməliyyatlarda əldə edilən razılaşma əsasında oktyabrın 10-dan atəşkəs rejimi tətbiq olunsa da bunun tezliklə ləğvinin gözlənildiyi yazıda əksini tapıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.