11
October

11 Oktyabr

Xarici media

Tacikistanın “avesta.tj” portalında Ermənistan tərəfindən Azərbaycanın qədim Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı rus dilində məqalə yerləşdirilib.

Məqalədə Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərində mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutmasının 1949-cu il Cenevrə Konvensiyasına zidd olduğu bildirilir. Qeyd olunur ki, humanitar atəşkəs rejiminin tətbiqindən sonra Ermənistan Azərbaycanın şəhər və kəndlərinə 500-dən çox mərmi atıb.

Portal, həmçinin Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımını da yayıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.