11
October

11 Oktyabr

Xarici media

Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması ərəb KİV-lərinin diqqət mərkəzindədir.

“BBC Arabic”, “Skynews Arabic”, “Aljazeera” kimi nüfuzlu televiziya kanallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında geniş reportajlar yayımlayıblar.

Ermənistanın növbəti terror aktı barədə xəbər Misirin “Egyptonline” informasiya portalında da yerləşdirilib. Qeyd olunub ki, humanitar atəşkəs elan edildikdən cəmi 14 saat sonra işğalçı Ermənistanın azərbaycanlı dinc sakinləri hədəf alması müharibə cinayətidir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.