11
October

11 Oktyabr

Xarici media

İndoneziyanın nüfuzlu kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və cəbhə xəttinə yaxınlıqda yerləşən digər şəhərlərdəki evləri gecə saatlarında raket atəşinə tutması barədə məlumatlar yayıb.

ANTARA Dövlət İnformasiya Agentliyinin və nüfuzlu “Republika” portalının yaydığı məlumatlarda oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan ordusunun Gəncə şəhərindəki çoxmənzilli binaya raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Bununla yanaşı, oktyabrın 10-da saat 12-dən başlayaraq humanitar atəşkəs elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanın Mingəçevir, Bərdə, Yevlax və digər şəhərlərini atəşə tutduğu da bildirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.