Xarici media
Qırğızıstanın “turktoday.info” portalı Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncəni raket atəşinə tutması barədə rus dilində material və bununla bağlı fotolar yerləşdirib.
Materiallarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması, yenidən dinc sakinləri hədəfə alması, işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onların Əlavə Protokollarını, həmçinin Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozması haqqında məlumat verilib.
Gecə saatlarında erməni silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb. Bunun da 16 qadın, 6-sı azyaşlı uşaqdır.
Qeyd edilir ki, bundan başqa 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.