11
October

11 Oktyabr

Xarici media

Almaniyanın “Wochenblatt” nəşri daha əvvəl atəşkəs rejimi əldə olunmasına baxmayaraq, gecə saatlarında Gəncə şəhərinin atəşə tutulması barədə yazır.

Məqalədə Gəncə şəhərinin dinc sakinlərinin həlak olmasından danışılır. Nəşr Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış ərazilərinə bazar günü erməni hərbçilərinin endirdiyi zərbələr nəticəsində uşaqların, qadınların həlak olması, 30-dan artıq insanın yaralanması barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” səhifəsindəki məlumatını yayıb.

Nəşrdə qeyd olunur ki, 1991-ci ildə birtərəfli qaydada özünün “müstəqilliyini” elan edən Dağlıq Qarabağın ərazisi beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.