Xarici media
Ermənistanın Gəncə şəhərindəki yaşayış binalarına ballistik raketlə zərbə endirməsi hadisəsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yer alıb.
Təcavüzkar dövlətin dinc əhalini hədəf alması nəticəsində 9 mülki şəxsin ölümünə, 34 nəfərin yaralanmasına və böyük miqyasda dağıntıya səbəb olub. Yazıda qeyd olunub: “Bütün bu cinayətlərə görə, Ermənistan dövlətinin məsuliyyət daşıdığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın buna qarşılıq verəcəyini bildirib”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.