Zəfərin yolu
“Euronews” saytında “Dağlıq Qarabağ: gərginliyin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Aİ üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan görüşündən bəhs edilir. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada keçirilmiş söhbətlərinin yekunlarına əsasən, humanitar atəşkəs haqqında bağlanmış saziş nəzərə alınmaqla müzakirə edilməsi nəzərdə tutulur.
Məqalədə vurğulanır ki, qarşıdurma vəziyyətində olan tərəflər həmin razılaşmanın pozulmasına görə bir-birini...
“EU Politics” nəşri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin yaşayış məhəllələrinin atəşə tutulması barədə yazıb.
Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin atəşkəs əldə olunan vaxtda törədilən bu cinayətin müharibə cinayəti kateqoriyasına aid olduğu və indi bu hücumun nəticələrinə görə bütün siyasi və mənəvi məsuliyyəti Ermənistanın daşıması barədə sözlərini sitat gətirib.
Nəşrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın törətdiyi hərəkətlərin terror xarakteri daşıması barədə dediyi sözlər də verilib.
Materialda, həmçinin cinayət yerindən...
BBC telekanalı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj yayımlayıb.
Reportajda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dağıntılar içində olduğu bildirilir. Bu görüntülərin Ermənistan tərəfindən atılan ballistik raketin qalıqları olduğu qeyd edilir. Vurğulanır ki, Azərbaycan Ermənistanı müharibə cinayəti törətməkdə ittiham edir.
Reportajda deyilir: “Aydın görünür ki, insanların məskunlaşdığı binaların, mənzillərin yerləşdiyi bu ərazi mülki hədəf olub. Dağıntılar arasında ətrafa səpələnmiş yataq dəstləri, döşəklər, örtüklər var. Hücum gecə...
Oktyabrın 12-də Avstraliyanın SBS telekanalı Ermənistan ordusunun Gəncəyə raket hücumu barədə kadrlar yayıb.
Kadrlarda Türkiyənin “TRT Haber” dövlət televiziya şirkəti tərəfindən təqdim edilən videomüşahidə kamerasından görüntülər yer alıb. Bildirilib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücum nəticəsində 9 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.
Ermənistan ordusu tərəfindən həyata keçirilən bu raket hücumunun tərəflər arasında Rusiyanın iştirakı ilə əldə edilən humanitar atəşkəs barədə razılaşmadan cəmi...
Azərbaycan beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.
Misirin “Aldiplomasy” nəşri bu sərlövhə ilə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.
Xəbərdə qeyd olunur ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl...
Nüfuzlu “Frankfurter Allgemeine” qəzetində Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması barədə videoreportaj yerləşdirilib.
Kadrlarda Gəncə şəhərinin yaşayış məhəllələrinin gecənin bir aləmində erməni silahlı qüvvələri tərəfindən barbarcasına atəşə tutulması nəticəsində əmələ gələn dağıntılar əks olunur.
Videoreportajda bu hadisələr barədə danışan şahidlərin müsahibələri də yer alıb.
Yaponiya kütləvi-informasiya vasitələri Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumları barədə məlumatlar yaymaqda davam edir.
Yaponiyanın NHK telekanalı, “The Japan Times”, “Asahi shimbun” qəzetləri, JIJI PRESS agentliyi, “Yahoo Japan”, “newsweekjapan” portalları bu barədə ətraflı məlumatlar yayıblar.
Böyük oxucu auditoriyasına malik olan “Asahi shimbun” qəzetinin yaydığı “Terror aktı nəticəsində 9 nəfər həlak olub” sərlövhəli məqalədə Ermənistan ordusunun Gəncə şəhərinə gecə saatlarında raket hücumundan bəhs olunub. Azərbaycanın rəsmi mənbələrinə istinadla qeyd edilib...
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raketlə vurulması xəbəri Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetinin baş məqaləsi kimi dərc edilib.
Ermənistanın dinc sakinlərə qarşı vəhşiliyini əks etdirən fotoşəkillərin, Gəncə sakinləri ilə müsahibələrin və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının da yer aldığı məqalədə Azərbaycanın beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırdığı qeyd...
Almaniyanın nüfuzlu “Bild” nəşrində bu gün “Atəşkəsin ilk günü qanlı qırğına çevrildi” sərlövhəli material dərc edilib.
Müəllifi jurnalist Pol Rontshaymer olan bu materialda oktyabrın 10-dan 11-nə keçən gecə dinc Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından danışılır, hücumdan zərər çəkən uşaqların, qadınların, dağıdılmış binaların fotoşəkilləri təqdim edilir. Hücum nəticəsində həlak olanların və yaralananların ümumi sayı təqribən 40 nəfər olub.
Müəllif yazır ki, atəşkəsə olan ümidlər...
Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kiril Krivoşeyevin Qarabağda münaqişə zonasından və Gəncədən hazırladığı məqalə “Atəşkəsə “Toçka” qoyulur. Azərbaycana yenidən raketlər uçur” sərlövhəsi ilə dərc edilib.
Müxbir əvvəlcə Tərtər rayonundan, burada Ermənistan ordusunun atdığı mərmilər nəticəsində dağılmış evlərin, yerli əhalinin zirzəmilərdə daldalanmasının şahidi olduğunu yazır. Müəllif bildirir ki, Bakıda Rusiya jurnalistləri üçün təşkil edilmiş brifinqdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, deputat Nizami Səfərov və “Bakinski raboçi” qəzetinin baş...
Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun “Tv7” kanalına müsahibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq ordumuzun əks-həmlə əməliyyatından sonra yaranan vəziyyətlə bağlı ətraflı məlumat verib.
S.Mirzəzadə əks-hücum əməliyyatının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində - Ermənistanın otuz ilə yaxındır işğal altında saxladığı ərazilərimizdə həyata keçirildiyini, Azərbaycanın tarixi, əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifadə etdiyini bildirib. Həmçinin Ermənistanın beynəlxalq hüquqa məhəl...
İspaniyanın “La Vanguardia” qəzetində “Bakıda döyüş çağırışı: “Qarabağ Azərbaycandır!” adlı məqalə dərc edilib.
Məqalədə “Qarabağ Azərbaycandır!” kəlamının Bakıda istər sosial mediada, istər televiziyada, dükanlarda və ya dayanacaqlarda şüara çevrildiyi diqqətə çatdırılır. Hər kəs doğma torpaqlarının geri qaytarılması arzusu ilə yaşayır.
İspan nəşri doğma kəndləri erməni işğalından azad edilmiş dinc sakinlərin səmimi sevinc sözlərinə də yer verir: “Vətənimizin bütövlüyünün bərpa edilməsi çox vacibdir. Qoşunlarımızın hücumu bizi qanadlandırır...
Qazaxıstanın kütləvi informasiya vasitələrində Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raket hücumları barədə məlumatlar dərc edilib.
Ölkənin “newsroom.kz” “zakon.kz” “ainews.kz”, “qamshy.kz” “adyrna.kz” , “abai.kz”, ”regtv.kz”, “qazaqtimes.kz”, “kursiv.kz”, “mail.kz”, “ea-news.kz” xəbər portallarında yayılan informasiyalarda Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki yaşayış binasını gecə saatlarında raket hücumuna məruz qoyduğu bildirilir.
Qeyd olunur ki, humanitar atəşkəs haqqında razılaşmanın əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı...
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aralıq hesabatı ilə bağlı Monteneqronun geniş oxucu kütləsinə malik crnogorskiportal.me, skalaradio.com və bosnjaci.net portallarında məqalələr dərc edilib.
Məqalələrdə hesabatın sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yeni mövqelər ələ keçirmək məqsədilə mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan müxtəlif dağıntılar və insan tələfatı ilə bağlı Azərbaycan Ombudsmanı...
Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə və obyektlərə raket zərbələri endirməsinə dair növbəti məqalə dərc edib.
Agentlik ölkəmizin Malayziyadakı səfirliyinə istinad edərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu barədə kəskin mövqe ifadə edən 11 oktyabr tarixli bəyanatına geniş yer verib. Qeyd edilib ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasına baxmayaraq,...
Özbəkistanın “Interpress.uz”, “tnews.uz”, “fikr.uz”,”human.uz”, “interfax.uz”, “islamonline.uz” portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə əlaqədar özbək və rus dillərində materiallar çap edib.
“Interpress.uz” portalı bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazır ki, Gəncə şəhəri humanitar atəşkəs rejimini pozan Ermənistanın Vardenis rayonundan raket atəşinə tutulub. Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Erməni tərəfinin məqsədi Azərbaycan ərazilərini yenidən işğal etməkdir.
“tnews.uz” portalı Azərbaycan Xarici...
“The Times of İsrail” saytında Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayevin “Dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik” adlı məqaləsi dərc edilib. Məqaləni təqdim edirik:
Müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı...
Ermənistan beynəlxalq hüququ pozur və bu müharibə yalnız iki ölkəyə deyil, bütünlükdə regiona böyük zərər vuracaq.
Bu fikirlər İndoneziyanın Miraj İnformasiya Agentliyinin oktyabrın 13-də yaydığı məqalədə yer alıb. “Ermənistan-Azərbaycan münaqişəsi: Ermənistan beynəlxalq hüququ pozur” sərlövhəli məqalənin müəllifi Siyasət, Biznes və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Yasmi Adriansyahdır.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı narahatlığını ifadə edən müəllif İndoneziya hökumətinin iki ölkənin rəhbərlərinə atəşkəsi bərpa etməyə dair çağırış etməsinin...