11
October

11 Oktyabr

Xarici media

Almaniyanın “Deutschelandfunk.de” nəşrində “Atəşkəs dövründə Azərbaycanda yaşayış ərazisinin bombardman edilməsi” sərlövhəli material dərc olunub.

Materialda Ermənistan silahlı qüvvələrinin atəşkəs saatlarında Gəncə şəhərinə qarşı hücumundan danışılır. Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun öz “Twitter” səhifəsində yuxuda olan Gəncə şəhərinin hücuma məruz qalması barədə dünyaya verdiyi xəbərə istinad edir. Erməni silahlı qüvvələri tərəfindən yaşayış ərazisinə gecə hücumu nəticəsində 9 nəfər həlak olub və 30-dan artıq insan yaralanıb. Nəşrdə xatırladılır ki, həmin axşam münaqişə tərəfləri Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdilər.

Məqalədə qeyd edilir ki, qondarma “Dağlıq Qarabağ respublikası” beynəlxalq səviyyədə tanınmayıb və beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.