11
October

11 Oktyabr

Xarici media

Türkiyənin kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin oktyabrın 10-da Rusiyanın RBK televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlərinə, həmçinin Ermənistan ordusunun Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının ballistik raketlə vurulmasına, eləcə də cəbhədəki vəziyyətə dair məlumatları geniş şəkildə yaymaqda davam edir. Anadolu agentliyi və TRT-nin bütün qurumları Azərbaycanla bağlı mövzunu əsas məsələ kimi gündəmdə saxlayır.

Qardaş ölkə KİV-ləri döyüş meydanında aldığı məğlubiyyətlə barışmayan düşmən ordusunun azğınlıq edərək günahsız insanları hədəfə aldığı diqqətə çatdırılır. Telekanallar Ermənistanın Azərbaycana qarşı törətdiyi davamlı təxribatlarla bağlı xüsusi reportajları yayımlayır, münaqişə ilə bağlı ekspert rəyləri təqdim edir, cəbhə bölgəsindən birbaşa xəbərlər verir, Türkiyədə keçirilən dəstək aksiyalarını geniş işıqlandırır.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, “TRT Haber”, “Haber Türk”, TGRT, “A Haber”, “Haber Global”, “Büngü TV”, “CNN türk” telekanallarının, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Sözçü”, “Yeni çağ” və sair nüfuzlu qəzetlərin, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.