17
Oktyabr

17 Oktyabr

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “İl Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Kmetro0”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və digər mətbuat orqanları Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə son raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı açıqlamasını dərc edib.

Azərbaycan səfiri İtaliya hökumətini, parlament üzvlərini, siyasi partiyaları, kütləvi...

17
Oktyabr

17 Oktyabr

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “İl Sole 24 Ore”, “İl Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, “MSN”, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La...

17
Oktyabr

17 Oktyabr

Özbəkistanın “human.uz”, “daryo.uz”, “kun.uz”, “tarjuman.uz” və ”xabar.uz” portallarında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında materiallar verilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açılır. İşğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi, bu sənədlərin hələ də kağız üzərində qaldığı diqqətə çatdırılır.

Portallar yazır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, Ağdam, Bərdə Tərtər və digər rayonları,...

17
Oktyabr

17 Oktyabr

Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məqalə dərc olunub.

Məqalədə Azərbaycan Baş Prokurorluğuna istinadla ölkəmizin ikinci ən böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir. Qeyd olunur ki, Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

17
Oktyabr

17 Oktyabr

Norveç nəşrləri Gəncəyə raket hücumu barədə yazılar dərc edib.

Norveçin nüfuzlu “Verdens Gang”“Adresse” nəşrləri Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumundan bəhs edib.

Raket hücumu nəticəsində şəhərdəki bir neçə evin tamamilə dağıldığı, ən azı 13 mülki vətəndaşın həlak olduğu bildirilir.

“Verdens Gang” nəşrinin məqaləsində deyilir: “Azərbaycan prokurorluğunun məlumatına görə, hücum nəticəsində ən azı 50 nəfər zərər çəkib....

17
Oktyabr

17 Oktyabr

Oktyabrın 16-dan 17-nə keçən gecə işğalçı Ermənistanın silahlı birləşmələrinin Gəncəni yenidən raket hücumuna tutması Almaniyanın nüfuzlu KİV-lərində geniş şəkildə işiqlandırılıb.

Əsasən eyni məzmun daşıyan məqalələrdə xüsusi olaraq vurğulanır: “Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində ən azı 13 mülki vətəndaş həlak olub və 50-dən çox insan yaralanıb. Hücum mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyasının müddəalarına ziddir”.

17
Oktyabr

17 Oktyabr

Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Gəncənin və Mingəçevirin Ermənistan tərəfindən raket atəşinə tutulması, Füzuli şəhərinin və rayonun yeddi kəndinin işğaldan azad olunması ilə bağlı materiallar yayıb.

Portallar Füzuli şəhərinin və rayonun yeddi kəndinin işğaldan azad olunması ilə bağlı məlumatı Prezident İlham Əliyevin xalqa müraciətində istinadla veriblər. Materiallarda Azərbaycan Prezidentinin müraciətdəki digər fikirlərinə də yer verilib.

17
Oktyabr

17 Oktyabr

Çinin kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələrini raket atəşinə tutması barədə Çin, ingilis, rus dillərində xəbərlər yayıb.


Ölkənin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası, “Çin gəncləri” qəzeti, digər xəbər portalları və elektron nəşrlərin təqdim etdiyi xəbərlərdə raket hücumu nəticəsində ölən və yaralananların olduğu, mülki binaların dağıldığı qeyd olunub....

17
Oktyabr

17 Oktyabr

İspaniyanın tanınmış nəşrlərindən biri olan “La Vanguardia” qəzetində “Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib.

İspan nəşri Azərbaycanın Baş Prokurorluğuna istinadla Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə olunmaqla atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğunu və 40-dan çox insanın yaralandığını bildirir. Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha...

17
Oktyabr

17 Oktyabr

Türkiyənin kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Gəncə şəhərinə növbəti raket hücumları ilə bağlı açıqlamasını geniş şəkildə işıqlandırıb.

Qardaş ölkənin aparıcı telekanalları Prezidentin köməkçisinin fikirlərini video və yazılı məlumatlarla dünya ictimaiyyətinə çatdırmaqdadır.

İnformasiyalarda bildirilib ki, Ermənistan vandalizm hərəkətləri ilə nasist Almaniyasının fəaliyyətini davam etdirdiyini təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq oktyabrın...

17
Oktyabr

17 Oktyabr

İndoneziyanın ANTARA Dövlət İnformasiya Agentliyi başda olmaqla “akurat.co.id”, “telusur.co.id”, “republika.co.id” kimi saytları və digər KİV-ləri oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı əsasında xəbərlər yayıb.

Həmin xəbərlərdə oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə...

17
Oktyabr

17 Oktyabr

Yaponiyanın JIJI PRESS agentliyi oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması barədə məlumat yayıb.

Həmin məlumatda oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğu qeyd olunub. Bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə sayca üçüncü dəhşətli hücum nəticəsində ikisi uşaq olmaqla, 13 nəfər həyatını itirib, 40-dan çoxu isə ağır yaralanıb. Eyni...

17
Oktyabr

17 Oktyabr

Qazaxıstan saytları Ermənistanın Gəncə şəhərinə növbəti raket hücumu ilə bağlı məlumatlar yayıb.

“zakon.kz”, “newsroom.kz”, “vlast.kz”, “azattyq-ruhy.kz”, “ea-news.kz” və digər saytlarda yayılan məlumatlarda Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 mülki vətəndaşın həlak olduğu, 40-dan çox insanın yaralandığı, 20-dən çox evin dağıldığı bildirilir.

Portallar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da dərc edib. Qeyd edilib ki, Ermənistanın ardı-arası kəsilməyən təcavüzünün, dinc əhaliyə qarşı...

17
Oktyabr

17 Oktyabr

Moldova mətbuatında Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə məqalələr dərc olunub.

“Timpul.md”, “NOİ.md”, “İPN.md” və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Qeyd edilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinin...

17
Oktyabr

17 Oktyabr

Özbəkistanın “tnews.uz” və “qalampir.uz” və “human.uz” portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində materiallar yayıb.

“tnews.uz” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanatını yayıb.

Bəyanatda deyilir: “2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra...

17
Oktyabr

17 Oktyabr

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə əlaqədar kommunike ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən hazırlanıb və onun İspaniyanın kütləvi informasiya vasitələri arasında yayılması təmin edilib.

“Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərinə ballistik raket hücumu həyata keçirib. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra ölkəmizin ikinci ən böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə sayca...

17
Oktyabr

17 Oktyabr

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Dağlıq Qarabağda hərbi əməliyyatlara əcnəbi muzdluların Azərbaycan tərəfinə cəlb edilməsi iddialarının tamamilə əsassız olmasından yazır.

Qəzetin bugünkü nömrəsində “Suriyalı muzdlular Qarabağa virtual “yola salınır”. Azərbaycan tərəfində vuruşan silahlılar mövzusu suallar doğurur” sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir ki, dünya KİV-ləri Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda muzdluların iştirakı mövzusuna yeni təfərrüatlar əlavə edir, lakin bunların heç bir arqumentli əsasları yoxdur. Qərb mətbuatının...

17
Oktyabr

17 Oktyabr

Ərəb ölkələrinin nüfuzlu televiziya kanalları və nəşrləri Ermənistanın Gəncəyə daha bir raket zərbəsi və mülki insanları qətlə yetirməsi barədə reportaj və xəbərlər yayıb.

“Aljazeera”, “Al-Arabia”, “Skynews Arabic”, “i24News Arabic” televiziya kanalları Ermənistanın ərazisindən Gəncəyə ballistik raketlərin atılması, 13 mülki insanın, o cümlədən iki uşağın həlak olması, 45 nəfərin yaralanması barədə reportajlar yayımlayıb.

Misirin “Aldiplomasy” nəşri Prezident İlham Əliyevin xalqa müraciətindən sitatlar dərc...

17
Oktyabr

17 Oktyabr

Fransanın “Le Point”, “Le Dauphine”, “France 24”, “ActuOrange” kimi kütləvi informasiya vasitələri Gəncə şəhərinin Ermənistanın raket hücumuna məruz qalmasından bəhs edən məlumatlar yayıblar. Məlumatlarda Azərbaycanın müvafiq qurumlarına istinadla raket hücumu nəticəsində 10-dan çox şəxsin həlak olduğu, 40-dan artıq insanın yaralandığı bildirilir.

Məlumatlarda Gəncə ilə yanaşı, Mingəçevir şəhərinin də hədəfə alınmasından bəhs edilir.

Bildirilir ki, dinc sakinlər gecə yatarkən Ermənistanın raket atəşlərinə məruz qalırlar.

17
Oktyabr

17 Oktyabr

Çilinin “Infogate” xəbər agentliyinin saytında “Azərbaycan ermənilərin Mingəçevirə və Gəncəyə raket hücumlarına görə hiddətləndiyini bildirir” sərlövhəli məqalə dərc edilib.

Agentlik Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sözlərini sitat gətirir: “Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini...

17
Oktyabr

17 Oktyabr

Avstraliyanın aparıcı SBS televiziya kanalının “World News” axşam buraxılışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması və dinc sakinləri qətlə yetirməsi barədə məlumat yayıb.

Verilişdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, diaspor fəalları Cesika Oyta və Şəmsəddin Necadi tamaşaçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, həmçinin Xocalı soyqırımı barədə də geniş məlumatlandırıblar.

Qeyd ediblər ki, ötən əsrin 90-cı illərində keçmiş...

17
Oktyabr

17 Oktyabr

Ukraynanın aparıcı KİV-ləri Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə materiallar yayıb.

“RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentliklərində, “QORDON”, "Korrespondent", “Segodnya” portallarında dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması,...

17
Oktyabr

17 Oktyabr

Rumıniyanın aparıcı KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentliyi, Dcnews xəbər portalı, ProTv televiziyası, Realitatea televiziyası, News24hours xəbər portalı, News.ro xəbər agentliyi, Hotnews xəbər portalı, MediaFax özəl xəbər agentliyi, Romania Tv televiziyası və digərləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması, dinc sakinlər arasında ölən və yaralananların olması barədə...

17
Oktyabr

17 Oktyabr

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri işğalçı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutmasından yazır.

report.ge, interpressnews.ge, 24News.ge, pia.ge, aktual.ge informasiya agentliklərinin Azərbaycan, rus, ingilis və gürcü dillərində yaydıqları materiallarda erməni işğalçı qüvvələrinin Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini ballistik raket atəşinə tutması, dinc əhali arasında 13 nəfərin ölməsi və 40-dan çıx insanın yaralanması, yaşayış binalarının dağılması barədə oxuculara məlumatlar verilir.

Azərbaycan Prezidentinin köməkçisi...

17
Oktyabr

17 Oktyabr

Avstraliya saytları Ermənistanın raket hücumu nəticəsində Gəncə şəhərində ölənlər və yaralananlar barədə məlumat yayıb.

Avstraliyanın newcastleherald, au.news.yahoo, westernadvocate, illawarramercury və digər saytlarında yayılan məlumatlarda Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində 13 mülki vətəndaşın həlak olduğu və 40-dan çoxunun yaralandığı bildirilir. Qeyd edilir ki, sentyabrın 27-dən Ermənistanın törətdiyi təxribatlardan sonra başlanan döyüş əməliyyatlarında oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs rejimi elan edilsə də, qarşılıqlı hücumlar...

17
Oktyabr

17 Oktyabr

İsveçin “Länstidningen Södertälje” qəzetində bu ölkədə fəaliyyət göstərən İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) sədri Mahirə Muxtarovanın "Ermənistanın təcavüzü pislənməlidir" adlı məqaləsi dərc olunub.

Məqalədə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə məlumat verilir. Ermənistan tərəfindən Azərbaycanın müxtəlif şəhərlərinin raket atəşinə tutulması nəticəsində günahsız insanların qətlə yetirildiyi diqqətə çatdırılır.

Müəllif oxuculara münaqişənin tarixi, Ermənistanın müharibə cinayətləri, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Bildirir ki, Ermənistanın Azərbaycana...

17
Oktyabr

17 Oktyabr

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərinə raket zərbəsi endirməsi barədə məlumatları fasiləsiz olaraq yaymaqda davam edir.

Türkiyə mediası Ermənistan siyasi-hərbi rəhbərliyinin bu çirkin addımlarını ən kəskin ifadələrlə diqqətə çatdırırlar. Bildirilir ki, döyüş meydanında biabırçı vəziyyətə düşən düşmən intiqamını mülki insanlardan alaraq öz əhalisinə təskinlik vermək istəyir. Azərbaycanda dinc əhalinin hədəf alınması Ermənistanın barbarlığı kimi qiymətləndirilir.

Məlumatlarla

17
Oktyabr

17 Oktyabr

Misirin “Nile1”“Aldiplomasy” portalları Ermənistanın Gəncəyə daha bir raket zərbəsi endirməsi və mülki insanları qətlə yetirilməsi barədə xəbərlər yayıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsinin işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlaməti olması barədə sözlərini də sitat gətirən...

17
Oktyabr

17 Oktyabr

Xorvatiyanın məşhur ictimai-siyasi “Nacional” jurnalında Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun müsahibəsi dərc olunub.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və səbəbləri barədə jurnala geniş məlumat verib. Diplomat Azərbaycan torpaqlarının təcavüzkar erməni qoşunları tərəfindən işğal edilməsi, 1 milyondan çox insanın qaçqın düşməsi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğu barədə danışıb. Ermənistan tərəfindən törədilən təxribatlar, o cümlədən erməni rəhbərliyinin...

17
Oktyabr

17 Oktyabr

Quzanlıda 1990-cı ildən məcburi köçkün ailələrinin yaşadığı taxta evlər minaatanlar və raket atəşləri ilə dağıdılıb.

Həlak olan əsgərlərin ailə üzvlərində ağrı ilə qürur hissi bir-birinə qarışıb. Atəş səslərinə baxmayaraq son döyüşlərdə şəhid olan gənc əsgərlərin ailə üzvləri onların qəbirlərini hər gün ziyarət edirlər.

Bu fikirlər Fransanın “Le Point” portalında “Azərbaycan əsgərinin dəfnində ağrı və qürur birlikdə” adlı məqalədə yazılıb.

Məqalədə münaqişədə həlak olan Azərbaycan əsgərinin...

17
Oktyabr

17 Oktyabr

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Serbiyanın “Национална ТВ” kanalının “Nəzər nöqtəsi” verilişinin canlı efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və Ermənistanın təcavüzkar siyasəti haqqında ətraflı məlumat verib.

Azərbaycanın bütün ölkələrin, o cümlədən Serbiyanın da ərazi bütövlüyünü tanıdığını və beynəlxalq ictimaiyyətdən və digər ölkələrdən eyni yanaşmanı gözlədiyini, bütün münaqişələrin həlli üçün beynəlxalq hüququn əsas götürülməli olduğunu bildirib.

Ermənistanın öz təcavüzkar siyasətinə...

17
Oktyabr

17 Oktyabr

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “TRT Deutsch” xəbər agentliyinə geniş müsahibə verib.

Müsahibədə, səfir Ramin Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi və hüquqi aspektləri, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və təxribatları, eləcə də mülki əhalinin, infrastrukturun və mədəni abidələrin atəşə məruz qalması, o cümlədən torpaqlarımızın işğalının regiondakı sülhə, sabitliyə və təhlükəsizliyə...

17
Oktyabr

17 Oktyabr

Qətərdə ərəb dilində nəşr olunan “Əl-Raya” qəzetində Gəncə şəhərinə edilmiş hücumla bağlı məlumat dərc edilib.

Azərbaycanın Qətərdəki səfirliyindən bildirilib ki, yazıda erməni ordusunun oktyabrın 17-də gecə vaxtı Gəncə şəhərini raket atəşinə məruz qoyması və nəticədə13 mülki şəxsin həyatını itirdiyi haqqında məlumat verilir.

Yazıda qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binasına endirilmiş raket zərbələri 13 nəfərin həyatını itirməsinə, 45 nəfərin...

17
Oktyabr

17 Oktyabr

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.

E.Əmirbəyovun sözlərinə görə, “Elbrus” və “Toçka U” qanadlı raketlərindən istifadə edilməklə törədilmiş bu alçaq terror aktı nəticəsində Gəncənin 13 nəfər dinc sakini, o cümlədən 2 uşaq öldürülüb, 40-dan artıq adam yaralanıb. Yerevanda öz əməlləri...