Xarici media
Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərinə raket zərbəsi endirməsi barədə məlumatları fasiləsiz olaraq yaymaqda davam edir.
Türkiyə mediası Ermənistan siyasi-hərbi rəhbərliyinin bu çirkin addımlarını ən kəskin ifadələrlə diqqətə çatdırırlar. Bildirilir ki, döyüş meydanında biabırçı vəziyyətə düşən düşmən intiqamını mülki insanlardan alaraq öz əhalisinə təskinlik vermək istəyir. Azərbaycanda dinc əhalinin hədəf alınması Ermənistanın barbarlığı kimi qiymətləndirilir.
Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber glabal, CNN Türk telekanallarında, habelə “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, "Sözcü", "Yeni şafak", "Birgün", "Yeni akit" və s. qəzetlərdə, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.