17
Oktyabr

17 Oktyabr

Xarici media

Çilinin “Infogate” xəbər agentliyinin saytında “Azərbaycan ermənilərin Mingəçevirə və Gəncəyə raket hücumlarına görə hiddətləndiyini bildirir” sərlövhəli məqalə dərc edilib.

Agentlik Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sözlərini sitat gətirir: “Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır”. O bildirib ki, bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.

Çili agentliyi qeyd edir ki, Azərbaycan rəhbərliyi və ölkənin Müdafiə Nazirliyi Ermənistan tərəfindən Azərbaycanın iki iri şəhərinə – Mingəçevir və Gəncəyə növbəti dəfə raket zərbələri endirilməsinə görə hiddətləndiyini bildirib.

Çilinin xəbər agentliyin ANAMA-ya istinadla diqqətə çatdırır ki, Gəncəyə atılan raketlər SCUD/Elbrus operativ-taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. Hikmət Hacıyev deyib: “SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.