17
Oktyabr

17 Oktyabr

Xarici media

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə əlaqədar kommunike ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən hazırlanıb və onun İspaniyanın kütləvi informasiya vasitələri arasında yayılması təmin edilib.

“Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərinə ballistik raket hücumu həyata keçirib. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra ölkəmizin ikinci ən böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə sayca üçüncü dəhşətli hücum mülki insan tələfatına səbəb olub. Nəticədə 12 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ağır yaralanıb.

Beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq, dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani aktlarına göz yummamalıdır.

Azərbaycan tərəfi Ermənistanın onun mülki əhalisini hədəfə alan bu mənfur hücumlarını şiddətlə qınayır və işğalçı ölkədən müharibə cinayətlərinə son qoymasını tələb edir.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşıyır. Azərbaycan bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin olunacaq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.