Xarici media
Oktyabrın 16-dan 17-nə keçən gecə işğalçı Ermənistanın silahlı birləşmələrinin Gəncəni yenidən raket hücumuna tutması Almaniyanın nüfuzlu KİV-lərində geniş şəkildə işiqlandırılıb.
Əsasən eyni məzmun daşıyan məqalələrdə xüsusi olaraq vurğulanır: “Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində ən azı 13 mülki vətəndaş həlak olub və 50-dən çox insan yaralanıb. Hücum mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyasının müddəalarına ziddir”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.