17
Oktyabr

17 Oktyabr

Xarici media

Moldova mətbuatında Ermənistan silahlı qüvvələrinin Gəncənin yaşayış binalarını gecə saatlarında yenidən raket atəşinə tutması barədə məqalələr dərc olunub.

“Timpul.md”, “NOİ.md”, “İPN.md” və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, oktyabrın 17-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Qeyd edilir ki, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinin ballistik raket atəşinə tutulması nəticəsində dinc əhali arasında 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb, yaşayış binaları dağılıb.

Moldova mətbuatında Gəncə hadisələri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da dərc edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.